Rusiyaya məxsus dronlar Ukrayna ordusu üçün hərbi təchizat daşıyan gəmini vurub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus gəmilərə qarşı pilotsuz aparatlarla zərbələr endirib. Zərbələr nəticəsində Odessanın cənub-qərbində Qara dənizdə Ukraynaya hərbi yük daşıyan quru yük gəmisinə ziyan dəyib", - deyə məlumatda qeyd olunub.
Mənbə: publika.az