“NATO Qarabağ müharibəsində tərəf olmayıb” - Stoltenberq

“NATO Qarabağ müharibəsində tərəf olmayıb”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq Brüsseldə Avropa kollecində erməni gəncin sualına cavabında deyib.

Viktoriya Muradyan sualında iddia edib ki, NATO-nun üzvü olan Türkiyə sonuncu Qarabağ müharibəsində Azərbaycana fəal hərbi dəstək göstərib.

Baş katib Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatların dayandırılmasını alqışladığını və müharibənin başa çatması ilə bağlı siyasi səyləri dəstəklədiyini bildirib.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

"WhatsApp"da yeni funksiya işə salınıb

SONRAKI XƏBƏR

Cənubi Koreyanın ilk trans əsgəri evində ölü tapıldı