Martın 8-də Azərbaycanda ictimai nəqliyyat işləməyəcək, qadınlar yürüş keçirməyi planlaşdırır

Martın 8-də Azərbaycanda ictimai nəqliyyat işləməyəcək, qadınlar yürüş keçirməyi planlaşdırır

Azərbaycanda martın 6-dan 9-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Nazirlər Kabinetinin COVİD-19 pandemiyası ilə bağlı qərarına görə, aprelin 1-dək ölkədə elan edilmiş karantin rejimi dövründə həftənin şənbə və bazar günləri ictimai nəqlıiyyatın hərəkəti qadağan edilib.

Lakin martın 8-də Azərbaycanda Beynəlxalq Qadınlar Günü bayramı qeyd edilir və həmin gün iş günü deyil. 8 mart günü ölkə boyu insanların daha çox kütləvi təmasda olduğu günlərdəndir. Həmin gün demək olar ki, bütün kişilər sevdikləri qadınları, o cümlədən ailə üzvləri olan qadınları təbrik edir.

Bununla yanaşı, bir qrup feminist qadın martın 8-də “8 Marş - Haqlarımız uğrunda" şüarı altında gender əsaslı zorakılıq və qadın qətllərinə diqqət çəkmək məqsədi ilə yürüş keçirməyi planlaşdırıb.

Mənbə: www.amerikaninsesi.org