Ermənistanın Dövlət Mühafizə Xidməti Paşinyanın tabeçiliyinə keçir

Milli Təhlükəsizlik Xidməti yanında Dövlət Mühafizə Xidməti birbaşa Ermənistan baş nazirinin tabeliyinə verilə bilər.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qeyd olunur ki, bununla bağlı mövcud qanuna müvafiq düzəlişlər edilib. Qanunvericilik düzəlişləri hüquqi aktların vahid portalında dərc olunub.

"...Dövlət Mühafizə Xidmətinə baş nazirə tabe bir qurum statusu verilməsi, onun Milli Təhlükəsizlik Xidməti orqanları sistemindən çıxarılması planlaşdırılır" – məlumatda deyilir.

Maraqlıdır ki, düzəlişlərin müəllifi Milli Təhlükəsizlik Xidməti olsa da, baş nazirin aparatında hazırlanıb.

Qeyd edək ki, son zamanlar müxalifətin mitinq fəallığı fonunda hökumət başçısının mühafizəsinin xeyli gücləndiyi müşahidə edilir. Belə ki, ötən gün baş nazirin də olduğu parlamentdə “Hökumət saatı” zamanı Milli Məclisin binasının eyvanlarında və damında snayperlər görünüb.

Təhlükəsizlik xidmətinin yenidən təşkili ilə yanaşı, parlamentin spikeri üçün xüsusi bir həkim ayrılması da planlaşdırılır. İndiyə qədər pulsuz tibbi xidmətlər yalnız prezidentə, baş nazirə və onların ailələrinə göstərilirdi.

Virtualaz.org

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Qərb yeni sanksiyalarla dəmir pərdə çəkir

SONRAKI XƏBƏR

"Fənərbaxça" evdə xal itirdi