"Hikmət Hacıyev Türk dünyası üçün tapıntıdır" - Nüfuzlu DİPLOMAT

"Hikmət Hacıyev Türk dünyası üçün tapıntıdır" - Nüfuzlu DİPLOMAT

"44 günlük Vətən Savaşında təkcə bir ananın iki əkiz övladı hesab etdiyimiz Azərbaycanın və Türkiyənin deyil, bütövlükdə Türk dünyasının çox böyük uğurları olduğu qənaətindəyəm".

Publika.az xəbər verir ki, bunu nüfuzlu türk diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri, "Dostluq" ordenli Hulusi Kılıç bildirib:

"Artıq dünyanı öz arşınları ilə ölçən imperialist güclər son yarım əsrdə ilk dəfə gördülər ki, Türk dünyası ilə hesablaşmaq lazımdır və Türkiyənin bölgəsəl gücdən kürəsəl gücə çevrildyini etiraf etmək zorunda qaldılar. Qardaş Azərbaycana gəldikdə isə mənə görə, bu savaşda çox böyük qalibiyyət əldə etdiniz. Mən diqqətçəkən 4 uğuru xüsusi qeyd etmək istərdim. Təbii ki, ilk növbədə 30 ilə yaxın düşməın tapdağında olan Vətən torpaqlarını işaldan azad etdiniz.

Eyni zamanda bu savaşda Türkiyənin sərgilədiyi mövqe bir daha bu iki qardaş xalqın sonsuzadək bir vücudda döyünən tək ürək kimi olacağına öz möhürünü vurmuş oldu.

Üçüncü diqqətçəkən uğur İlham Əliyevin millətin misilsiz sevgisini qazanması ilə yadda qaldı. Əgər bu günədək İlham Əliyev sandıqdakı səs sayına görə bu millətin baş sərdarı olmaq haqqını əldə edirdisə, o bu savaşdakı fəaliyyətinə görə milyonların könlündə özünə taxt qura bildi və nahaq yerə bu xalqın sərkərdəsi olmadığını əməli ilə sübut etmiş oldu. Bizlər onun bütün çıxışlarını, müsahibələrini heyranlıqla izləyirdik və onun təkbaşına bir ordu qədər dünya gücləri ilə savaşdığına ürəkdən sevinirdik.

Mənim müşahidələrimə görə bu savaşın Azərbaycana qazandırdığı 4-cü uğur prezidentin köməkçisi Hikmət Hacıyevin parlayan obrazı idi. Bizlər onu Xarici İşlər Nazirliyində mətbuat katibi olduğu dönəmlərdən tanıyırdıq. Amma onun İlham Əliyevin əsgəri kimi diplomatiya və informasiya savaşında sərgilədyi perfomans gözlərimizi qamaşdırdı. Mən az qala 40 ilə yaxın dünyanın bir çox ölkəsində, eyni zamanda Türkiyə Xarici İşlər Nazirliyində və cümhur başqanımız Rəcəb Tayyib Ərdoğanın prezident sarayında yanında çalışmış bir diplomatam və bu günədək minlərlə diplomatla həm təmaslarım, həm onların fəaliyyətini izləmək fürsətim olub. Hikmət Hacıyevdə peşəkar diplomata, ağıllı dövlət adamına xas bütün üstün keyfiyyətlər var və inanın ki, təkcə mən yox, Türkiyədəki bir çox dostlarımız belə bir tapıntıya görə qürur duymaqla bərabər Azərbaycan adına sevinirik. Mən hesab edirəm ki, can Azərbaycanımız bundan sonra da daha böyük uğurlara imza atacaq və dünyanı heyrətləndirməkdə davam edəcək. Tanrı can Azərbaycanımızı qorusun! Tanrı Türk dünyasının birliyini, bərabərliyini pozmasın!". /Moderator.az

Mənbə: publika.az