Erməni generallar toplandı: Ordunun döyüş hazırlığı…

Erməni generallar toplandı: Ordunun döyüş hazırlığı…

Ermənistan Baş Qərargahı 3-5 mart tarixlərində silahlı qüvvələr və hərbi birləşmələrin döyüş hazırlığının dəqiqləşdirilməsi ilə bağlı işlər aparır.

Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, işlərə Baş Qərargahın və hərbi birləşmələrin rəhbər şəxsləri cəlb olunub.

“İşlər dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsinə, sərhəd mühafizəsinin gücləndirilməsinə, qoşunların istifadəsi üçün mümkün variantların və silahlı qüvvələrin islahatlarının gələcək gedişatının müzakirə edilməsinə yönəldilib”, – məlumatda bildirilib. /Axar.az/

 

Mənbə: turkustan.info