Ermənistan məğlubiyyətin şokundadır - VİDEO

Ermənistan məğlubiyyətin şokundadır - VİDEO

Noyabrın 10-u Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır.

Bunu ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi vebinarda çıxışı zamanı deyib. Hazırda Ermənistandakı siyasi böhranı xatırladan diplomat İrəvandakı bəzi qüvvələrin bu razlaşmanı pozmağa çalışdığını deyib:

"Əgər Baş Nazir Nikol Paşinyan hakimiyyətdə olmazsa, ehtimala görə onu əvəz edəcək şəxs və həmin şəxsin arxasındakı siyasi qüvvələr çalışacaqlar ki, üçtərəfli razılaşmanı pozsunlar. Lakin regionda çox gözəl bir imkan yaranıb. şərq-qərb enerji dəhlizləri inkişaf edəcək, Naxçıvanı Azərbaycanın digər hissələri ilə birləşdirən yeni dəhliz yaradılacaq. Eyni zamanda Türkmənistanla Azərbaycanla arasında dostluq yatağı ilə bağlı neçə ildən sonra razılşama əldə olunub. Bütövlükdə regional layihələr həm Azərbaycanla Türkiyə, həm də regiondakı iqtisadi əlaqələrə daxil olmaq fürsəti qazanan Ermənistan üçün geniş imkanlar yaradır. Amma bunun üçün maneələr var. Gördüyümüz kimi, Ermənistan hələ də bu cür üçtərəfli format çərçivəsində əməkdaşlığı qavraya bilməyərək müharibədəki məğlubiyyətin yaratdığı şokdadır. Məni narahat edən digər məqam ABŞ-ın bu məsələdə iştirak etməməsidir. Bəlkə də Bayden administrasiyası Cənubi Qafqazla bağlı daha aktiv olacaq və region üçün strategiya ortaya qoyacaq. Corc Buşdan sonra bu məsələlərə maraq göstərən prezident olmayıb. Bu baxımdan düşünürəm ki, prezident Bayden strateji düşüncəyə malik olacaq, lakin bundan əmin deyilik."

Kanada Qlobal əlaqələr İnstitutunun tədqiqatçısı Robert Katler də bu fikirdəddir ki, Dağlıq Qarabağ münaqişəsinin sona çatması bölgə üçün böyük imkanlar təqdim edir. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi isə azad edilmiş Azərbaycan torpaqlarının təmizlənməsini çətinləşdirir:

"Hazırda ən vacib məsələ Azərbaycanın azad edilmiş torpaqlarının minalardan təmizlənməsi ilə bağlıdır, çünki yalnız bundan sonra bu ərazilərin istənilən iqtisadi inkişafı barədə danışmaq olar. Lakin Ermənistan xərtiləri təqdim etmir və bu beynəlxlaq hüquqa əsasən hərbi cinayətdir. Sözsüz ki regionda iqtisadi münasibətlərin bərpası Ermənistan üçün vacibdir. Metyu Brayzanın qeyd etdiyi dəhlizlər mühüm əhəmiyyətə malikdir. Ermənistanın cənubu ilə gedən dəhliz Ermənistanın davranışı baxımından bir sınaqdır. Bu, əməkdaşlığın qurulması üçün nümunəvi layihə olacaq."

Mənbə: www.realtv.az