Bayden mülkilərin olduğu obyekti vurmaqdan imtina edib

Bayden mülkilərin olduğu obyekti vurmaqdan imtina edib

ABŞ Prezidenti Co Bayden Suriyada iki hədəfə zərbə endirməyi planlaşdırırdı.

Qazet.az xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, fevralın 25-i səhər Bayden məmurlarla, o cümlədən Pentaqon rəhbəri Ostin Lloydla risk və mümkün diplomatik nəticələr barədə müzakirələr aparıb.

Bildirilib ki, bir neçə mümkün hədəfin vurulması ilə bağlı söhbətlər aparılıb, ancaq Bayden sadəcə iki obyektin üzərində israr edib.

“Zərbələrə saat yarım qalmış prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Trampa məlumat verdi ki, vurulacaq ikinci obyektdə qadın və uşaqlar var. Nəticədə fevralın 26-sı gecə yalnız bir obyektə zərbə endirilib”, – nəşr bildirib.

Qeyd edək ki, fevralın 26-da ABŞ hərbi qüvvələrinin zərbəsi zamanı Suriyanın Əl-Bukemal şəhərində İranın dəstəklədiyi milislərə aid 9 bina tamamilə məhv edilib, 2 bina isə yararsız hala gətirilmişdi.

Mənbə: qazet.az