İmran Xan: “Belə çətin zamanda Zirvə toplantısının təşkili birgə səylər sayəsində mümkün olub”

İmran Xan: “Belə çətin zamanda Zirvə toplantısının təşkili birgə səylər sayəsində mümkün olub”

“Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”.

APA xəbər verir ki, bunu martın 4-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında Pakistanın Baş naziri İmran Xan deyib.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd edib. Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

Mənbə: apa.az