İsrail müdafiə naziri "Hizbullah"ın raketlərindən danışdı

İsrail müdafiə naziri "Hizbullah"ın raketlərindən danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, “Hizbullah” hərəkatının İsraili hədəf alan 100 minlərlə raketinin olduğu iddia edilib.

Bu barədə İsrail müdafiə naziri Beni Qans “Fox News” televiziya kanalına müsahibəsində bildirib.

Jurnalistin İsrail müdafiə nazirinə “Hizbullah”ın nə qədər raketi olduğu sualına Benis Qans “Yüz minlərlə”, - deyə cavab verib.

Beni Qans bəzi raketlərin Livan paytaxtında yerləşdiyini iddia edib.

İsrail Livanda olan obyektlərin potensial hədəf olduğunu söyləyib.

Mənbə: eastnews.org