ABŞ-dan PKK-ya həmlə: Bu əraziyə “Avenger” sistemləri yerləşdirilir

ABŞ-dan PKK-ya həmlə: Bu əraziyə “Avenger” sistemləri yerləşdirilir

 

İraqda ABŞ bazasına raket hücumunu bəhanə edən Vaşinqton Suriya və İraqdakı təsirini genişləndirmək üçün hər şey edir.

Teleqraf.com xəbər verir ki, ABŞ mediası Pentaqonun hər iki ölkədə hava müdafiə sistemləri qurduğunu bildirib.

“Forbes”in açıqladığı hesabata görə, ABŞ İraqda olan əsgərlərini müdafiə etmək üçün bölgəyə qısamənzilli “Avenger” hava müdafiə sistemləri yerləşdirəcək.

Hesabata görə, qurulması planlaşdırılan hava müdafiə sistemi PKK/YPG-nın işğalı altındakı Deyrizor bölgəsi ilə İraqda yerləşdiriləcək.

“Avenger” hava müdafiə sistemləri dronlara qarşı təsirli vasitə kimi nəzərdən keçirilir.

Sənədə görə, İraqda yerləşdirilən ABŞ hərbi bazalarının hava müdafiə sistemləri olmayıb. Amma bazalara hücumdan sonra C-RAM sistemlərinə əlavə olaraq Patriot sistemləri yerləşdirilib.

Mənbə: teleqraf.com