Cavad Zərif nüvə sazişi barədə açıqlama verdi

Cavad Zərif nüvə sazişi barədə açıqlama verdi

Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər naziri Zərif "Tvitter"də ABŞ Prezidenti Co Baydenin Dövlət katibi müavini vəzifəsinə namizəd Vendi Şermanın nüvə sazişinin taleyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Zərif "Nüvə sazişi yenidən müzakirə edilə bilməz. 2021-ci il 2015-ci il deyilsə, 1945-ci il də deyil. Elə isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini dəyişdirək və ABŞ tərəfindən daim istismar edilən vetonu ləğv edək. İkimiz də 2003-cü ildən 2012-ci ilədək göstərdiyimiz jesti kənara qoyub imzaladığımız müqavilənin tətbiqinə keçək", - deyə qeyd edib.

Nüvə sazişi ilə əlaqədar olaraq Şerman "2021-ci il İranla saziş əldə edilən 2015-ci ildən fərqlidir. Meydandakı reallıqlar və bölgədəki geosiyasi mərhələlər dəyişdi. Bu, keçmişdəki metod da dəyişdi deməkdir", - deyə bildirmişdi.

Mənbə: eastnews.org