R.T.Ərdoğan Qarabağ və İrandan danışdı - Video

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 14-cü Liderlər Sammitində iştirak edib.

Ərdoğan sammitdəki çıxışında "Bundan sonra prioritetimiz Qarabağda təhlükəsizlik və sabitlik yaratmağa kömək etmək, 30 illik ziyanın aradan qaldırılmasıdır", - deyə bildirib.

Türkiyə prezidenti, həmçinin "İrana qarşı tətbiq olunan birtərəfli sanksiyaların bitməsi və bütün tərəflərin Hərtərəfli Birgə Fəaliyyət Planına qayıdaraq, plan çərçivəsindəki öhdəliklərini yenidən götürmələri regionumuzun iqtisadi rifah və sabitliyinə töhfə verəcək", - söyləyib.

 

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

30 yaşlı kişi intihar edib

SONRAKI XƏBƏR

Yəməndə "Əl-Qaidə" başçısı yaxalandı