ABŞ və Britaniya Moskvaya qarşı yeni sanksiyalar HAZIRLAYIR

ABŞ və Böyük Britaniya Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayır.

Modern.az xəbər verir ki, sanksiyalar oliqarxlara qarşı məhdudiyyətlərdən tutmuş dövlət borcuna qədər müxtəlif sahələri əhatə edə bilər.

Ağ Ev Moskvadan kimyəvi silahdan bir daha istifadə etməyəcəyinə dair iltizam almaq və beynəlxalq ekspertləri öz kimyəvi silah müəssisələrinə buraxmasını istəyir.

Qərb ölkələri keçmiş DTK (KQB) üzvü Sergey Skripal və qızının zəhərlənməsində, həmçinin, Aleksey Navalnı ilə bağlı insidentdə Rusiyanın kimyəvi silahdan istifadə etdiyini düşünür.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan müxtəlif xalqların əmin-amanlıq şəraitində yaşadığı nadir ölkələrdəndir

SONRAKI XƏBƏR

"Moldova ilə ikinci oyun fərqli olacaq"