Qarabağa batalyon göndərən terrorçu “Abxaz” HƏBS EDİLDİ

Qarabağa batalyon göndərən terrorçu “Abxaz” HƏBS EDİLDİ

Məşhur terrorçu Axra Avidzba qondarma Abxaziyada həbs edilib.

KONKRET.az xəbər verir ki, bu məlumatı Rusiya mətbuatı yayıb.

Məlumata görə, Avidzbanı qondarma respublikanın Milli Təhlükəsizlik Xidməti saxlayıb. Onun evində də axtarış aparılıb.

Qeyd edək ki, Axra Avidzba “Abxaz” ləqəbi ilə məşhurdur. O, Donbas müharibəsinin iştirakçısıdır. Donbasdakı döyüşlərdən sonra bir müddət yoxa çıxan Avidzba sonra Abxaziyada peydə olmuş və burada yaranan siyasi böhranda aktiv iştirak etmişdi. Məhz bunun nəticəsində Abxaziyanın “eks-lideri” Raul Xacimba istefaya getmişdi. Qondarma rejimdə qurulan yeni hökumətdə Avidzba “prezidentin beynəlxalq münasibətlər üzrə köməkçisi” təyin olunmuşdu.

II Qarabağ savaşı zamanı Soçidə olan Avidzba buradan Qarabağdakı erməni separatçı dəstələrinə dəstək verib. Onun sayəsində Abxaziyadakı Baqramyan batalyonunun keçmiş üzvlərinin iştirakı ilə xüsusi batalyon yaradılaraq Qarabağa göndərilib./axar.az/

Mənbə: konkret.az