Papadan islam ölkəsinə tarixi mesaj: “Hacı kimi gəlirəm”

Papadan islam ölkəsinə tarixi mesaj: “Hacı kimi gəlirəm”

 

Katolik dünyasının lideri Papa Fransisk 5-8 mart tarixlərində İraqa etdiyi tarixi səfərindən əvvəl iraqlılara mesaj göndərib.

Teleqraf.com xəbər verir ki, İraqa ilk dəfə gələn Papa bundan əvvəl yayımladığı videoçıxışına “Salam, iraqlı qardaşlarım” sözləri ilə başlayıb.

Papa İraqa sülh axtaran hacı (zəvvar) kimi gedəcəyini vurğulayıb:

“Tövbə edən bir hacı olaraq gəlirəm. Hamınız qardaşsınız. İllərdir davam edən müharibə və terrorizmdən sonra Allahdan əfv və barışıq diləyirəm, Allahdan ürəklərə təsəlli və yaralılara şəfa diləyirəm. Müsəlmanları, yəhudiləri və xristianları bir ailədə birləşdirən İbrahim atanın adına digər dinlərdən olan qız və oğlan bacı-qardaşlarımla dua etmək və birlikdə gəzmək arzusu ilə gəlirəm”.

Papa Fransisk səfərinin ilk günü paytaxt Bağdadda İraq prezidenti və baş naziri ilə görüşəcək.

 

Mənbə: teleqraf.com