Paşinyanın Qarabağa getməyə "üzü yoxdur" - Ermənistan qəzeti

Paşinyanın Qarabağa getməyə "üzü yoxdur" - Ermənistan qəzeti

44-günlük Qarabağ müharibəsindən 4 ay sonra hakim elitanın çox az üzvü Dağlıq Qarabağa səfər edib.

Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistanın Hraparak qəzeti yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan ailəsi ilə birlikdə vertolyotla tez-tez Artsaxa gedirdi, xüsusən də oğlunun iki il xidmət etdiyi müddətdə.

Lakin müharibədən sonra Paşinyan və onun siyasi komandasının Qarabağa getməsi üçün "üzü yoxdur", başqa sözlə desək, onları orada gözləmədiklərini yaxşı başa düşürlər.

Mənbə: ednews.net