“Yeni müharibə vəd edən qüvvələrin hakimiyyətə gəlməsi mümkün deyil” – ŞƏRH

“Yeni müharibə vəd edən qüvvələrin hakimiyyətə gəlməsi mümkün deyil” – ŞƏRH

“Ermənistanın eks-prezidenti Robert Koçaryanın Rusiya mətbuatına müsahibəsində Qarabağala bağlı revanşist açıqlması, müharibəyə regional şərtlərin əleverişli vəziyyətində başlayacaqlarını qeyd etməsi, ermənilərin onu dəstəklənməsinin üstündən xətt çəkdi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Politoloq bidirib ki, Koçaryan məhz bu revanşist açıqlamasının nəticəsində müharibədə məğlub olmuş Nikol Paşinyanı devirə və ermənilərin dəstəyini ala bilmir: “Ermənistanın Baş naziri Paşinyan sülh və sabitlikdən, kommunikasiyaların açılmasından xalqa danışır, amma Koçaryan-Sarkisyan çütlüyü isə müharibədən söz edir. Təbii ki, Ermənistan vətəndaşları Nikol Paşinyanı dəstəkləyəcək və Koçaryan-Sarkisyan tandemini qüruba göndərəcək”.

 

Politoloqun sözlərinə görə, Robert Koçaryanın bu cür müsahibə verməsi bir neçə amildən irəli gəlir: “Birinci Rusiyanın dəstəyini almasından irəli gəlir. İkinci səbəb odur ki, birabaşa Moskvanın siyasətini irəli sürür. Üçüncü, onun belə bir açıqlama verməsi, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Kremlin separatçıları müdafiə etməsindən irəli gəlir. Koçaryanın bu açılqması, Kremlin siyasətinin Cənubi Qafqazda həyata keçirəcəyi siyasətin tərkib hissəsidir. Onun bundan sonra Ermənistanda hakimiyyətə gəlməsi qeyri-mümkündür. Ümumiyyətlə artıq regional şərtlər Azərbaycanın leyhinə dəyişəcək. Azərbaycan Türkiyə və Pakistanla ortaq hərbi ittifaq qurur. Bu hərbi İttifaq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin bir neçə ildən sonra çıxarılmasına gətirib çıxara bilər. Həmçinin Qarabağda kiçik bir ərazidə Rusiyanın hazırkı hərəkətlərini nizama salacaq”.

Məhəmməd Əsədullazadə həmçinin qeyd edib ki, dünyada yeni siyasi nizam yaranır: “Koçaryanın regional şərtlərin dəyişdiyini vurğulaması mümkündür. Amma hərmin regional şərtlərin dəyişməsi Ermənistanın Türkiyənin tərkibinə könüllü daxil olması ilə nəticələnə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Mənbə: konkret.az