ABŞ vitse-prezidenti ilə İsrail baş naziri telefonla danışıb

ABŞ vitse-prezidenti ilə İsrail baş naziri telefonla danışıb

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ vitse-prezidenti Kamala Harris İsrail baş naziri Binyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb.

Danışıq zamanı iki ölkə arasındakı əməkdaşlıq vurğulanıb.

Ağ Evdən verilən yazılı açıqlamada bildirilib ki, Harris və Netanyahu telefon danışıqlarında İsrail ilə ABŞ arasındakı tərəfdaşlığı müzakirə ediblər.

Harrisin İsrailin təhlükəsizliyinə ABŞ-ın qeyd-şərtsiz bağlılığının davam etdiyi vurğulandığı açıqlamada "Harris İsrailin son dövrlərdə ərəb və müsəlman dünyasındakı ölkələrlə normallaşma müqavilələrinə güclü dəstəyini dilə gətirdi və İsrail ilə fələstinlilərin təhlükəsizliyinin, sülh və dincliyinin artmasının vacibliyini vurğulayıb", - deyə bildirilib.

Hər iki tərəf İranın nüvə proqramı və "təhlükəli regional davranışları" da daxil olmaqla regional təhlükəsizlik məsələlərində əməkdaşlıq və tərəfdaşlıq barədə razılığa gəliblər.

İki ölkə arasında elmi əməkdaşlıq və "COVID-19"a nəzarət məsələsinin vacibliyi də vurğulanıb.

Mənbə: eastnews.org