Ermənistan müxalifəti sabah mitinq keçirəcək

Ermənistan müxalifəti sabah mitinq keçirəcək

Sabah Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirəcək. Azvision.az xəbər verir ki, bu barədə müxalifət partiyalarının birləşdiyi “Vətənin qurtuluşu hərəkatı"nın “Facebook” səhifəsində məlumat yayılıb.

“6 mart saat 15:00-da Baqramyan prospektində “Vətənin qurtuluşu hərəkatı”nin mitinqi olacaq”, - paylaşımda qeyd olunub.
 

Mənbə: azvision.az