Azərbaycanın qadın kimyaçı alimləri hər zaman elmin inkişafına töhfə veriblər

Azərbaycanın qadın kimyaçı alimləri hər zaman elmin inkişafına töhfə veriblər

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Qadınlar şurasının 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclas pandemiya ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edilib.

İclası institutun direktoru, akademik Vaqif Abbasov açaraq NKPİ-nin qadın əməkdaşlarını təbrik edib. Akademik bildirib ki, institutun iki qadın əməkdaşı, professorlar Leylufer Əliyeva və Reyhan Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən fəxri fərmanla təltif olunublar.

Tədbirdə çıxış edən professor Elmira Süleymanova elmə töhfələr vermiş qadın alimlərdən, onların cəmiyyətdəki fəaliyyətindən söz açıb.

Daha sonra NKPİ-nın Qadınlar şurasının sədri, professor Leylufər Əliyeva qadın kimyaçı alimlərin elmi fəaliyyətindən və şərəfli ömür yolundan danışıb.

İclasda şuranın planları haqqında müzakirələr aparılıb.

Mənbə: azertag.az