Ermənistan MTX Dövlət Mühafizə Xidmətindən imtina edir

Ermənistan MTX Dövlət Mühafizə Xidmətindən imtina edir

Ermənistan Milli Təhlükəsizlik Xidməti hüquqi aktların dərc olunduğu saytda yeni layihəni müzakirəyə təqdim edib. Ordu.az xəbər verir ki, bu layihə ilə “Xüsusi dövlət mühafizəsinə tabe şəxslərin təhlükəsizliyinin təmin edilməsi haqqında” Ermənistan qanununda dəyişikliklər, əlavə etmək, Dövlət Mühafizə Xidmətini Milli Təhlükəsizlik Xidmətindən ayırmaq və Baş nazirə tabe orqana çevirmək təklif olunur.

Layihənin əsaslandırmasında deyilir ki, hazırkı qanunvericilik tənzimləmələrinə əsasən, Dövlət Mühafizə Xidməti Milli Təhlükəsizlik Xidmətinin ofisi statusuna malikdir.

 

Mənbə: ordu.az