Fultondan başlayıb, Parisdə bitən “Soyuq müharibə”nin başlanmasından 75 il ÖTÜR

Fultondan başlayıb, Parisdə bitən “Soyuq müharibə”nin başlanmasından 75 il ÖTÜR

Bu gün ABŞ-la Sovet İttifaqını üz-üzə qoyan “Soyuq müharibə”nin 75 illiyi tamam olur.

Modern.az xatırladır ki, “Soyuq müharibə” Böyük Britaniya baş naziri Uinston Çerçilin ABŞ-ın Fulton şəhərindəki çıxışı ilə başlayıb.

 

İkinci Dünya Müharibəsinin nəticəsi olaraq, Avropaya “dəmir pərdə”nin endiyini deyən siyasətçi, Moskvanın dünya ölkələrindəki kommunist partiyalarından “beşinci kolon” kimi istifadə edərək öz “güc və doktrinası”nı yaydığını bildirmişdi. O, ABŞ və Britaniyanın insan hüquq və azadlqılarını qorumalı olduğunu əlavə etmişdi.

 

1947-ci il martın 12-də ABŞ prezidenti Harri Trumen ölkəsinin “xalqların silahlı azlıqlara və kənar qüvvələr tərəfindən tabe edilməsinə qarşı mübarizəsinə dəstək verməlidir”- deyə məşhur doktrinasını elan etmişdi.

ABŞ-Sovet İttifaqı gərginliyinin nəticəsi kimi, 1949-cu ildə NATO, 1955-ci ildə isə Varşava Müqaviləsi Təşkilatı meydana gəldi. Bu iki hərbi blok arasında mübarizə nüvə müharibəsi riskini artırırdı.

 

“Soyuq müharibə” dövründə 1961-ci il Berlin divarı, 1962-ci il Karib böhranı, 1975-ci il Helsinki Yekun Aktı, 1980-ci il Moskva Olimpiadasının boykot edilməsi və s. ictimai-siyasi hadisələr baş vermişdi. 44 il davam edən “Soyuq müharibə” 1990-cı il noyabrın 21-də Paris Xartiyasının qəbul edilməsi ilə sona yetdi.

 

Mənbə: modern.az