“YouTube” Donald Trampın kanalını qaytarmağı vəd edib

“YouTube” Donald Trampın kanalını qaytarmağı vəd edib

“YouTube” videohostinqinin Baş direktoru Süzan Voyçitski ölkədə iğtişaş riskinin azalacağı təqdirdə ABŞ-ın sabiq Prezidenti Donald Trampın kanalını qaytaracağını deyib.

AZƏRTAC bu barədə “Politico” nəşrinə istinadla xəbər verir.

Amerikanın “Twitter” və başqa internet platformaları kimi “YouTube” videohostinqi də 2021-ci il yanvarın 6-da Kapitoli binasında baş verən iğtişaşlardan sonra Donald Trampın səhifələrini bloklayıb. Sosial şəbəkə rəhbərlərinin fikrincə, ABŞ-şın sabiq rəhbəri öz tərəfdarlarını dolayı yolla zorakılıq aktlarına təşviq edib.

Qərar cəmiyyətdə mübahisələrə səbəb olub. Bütün dünya KİV-ləri və siyasətçilər, hətta Donald Trampın bəzi tənqidçiləri belə özəl kompaniyaların kimə söz haqqı tanıması, kimi isə fikir ifadəsindən məhrum etməsi ilə bağlı yaranmış vəziyyəti düzgün hesab etmirlər. Donald Trampın özü isə sosial şəbəkələrdə bloklama seriyasından öncə onların ABŞ-dakı fəaliyyətinin praktiki olaraq heç kim və heç nə ilə tənzimlənmədiyini dəfələrlə qeyd etmişdi.

Mənbə: azertag.az