YAP-ın Qadınlar Şurasının sədri dəyişib

YAP-ın Qadınlar Şurasının sədri dəyişib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri seçilib.

APA xəbər verir ki, bu barədə qərar YAP-ın bu gün keçirilən növbədənkənar VII qurultayında qəbul edilib.

Qeyd edək i, bundan əvvəl Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.

Mənbə: apa.az