Dünyada COVID-19-dan ölən jurnalistlərin sayı açıqlandı

Dünyada COVID-19-dan ölən jurnalistlərin sayı açıqlandı

Dünya üzrə 840-dan çox jurnalist COVID-19-a yoluxaraq dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, virusdan ölən jurnalistlərin 458 nəfəri Latın Amerikası ölkələrinin payına düşür.

Cenevredəki Press Emblem Campaign-in (PEC) açıqlamasına görə, bir illik pandemiya müddətində ortalama hər gün 2 jurnalist virusa yoluxaraq ölüb.

Asiyadan 17 ölkədə 151, Avropada 16 ölkədə 147, Şimali Amerikada 2 ölkədə 45 və Afrikada 15 ölkədə 39 jurnalist virus səbəbilə dünyasını dəyişib.

Peruda 108, Brazilyada 102, Meksikada 87, Hindistanda 56, İtalyada isə 46 jurnalist COVID-ə yoluxaraq həyatla vidalaşıb.

PEC-in statistikasına görə, ikinci dünya müharibəsindən sonra ən çox jurnalist COVID pandemiyasında dünyasını dəyişib.

Mənbə: teleqraf.com