Deputat Vətən müharibəsi iştirakçıları ilə görüş keçirib

Deputat Vətən müharibəsi iştirakçıları ilə görüş  keçirib

Millət vəkili Musa Qasımov Vətən müharibəsində iştirak edən gənclərlə videoformatda görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millt vəkili özü məlumat verib: "Bu gün 72 saylı Yardımlı-Masallı dairəsindən aralarında 44 günlük müharibədə iştirak edən şəxslərin də olduğu bir qrup gənclə videoformatda görüşüm oldu. İki saata yaxın davam edən açıq və səmimi görüşdə gənclər cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müharibədə qazanılan qələbədən şövqlə danışdılar, bundan sonra da Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildirdilər. Eyni zamanda kəndlərin təbii qazla təmin edilməsi, təhsil, internet və televiziya kanallarındakı bəzi şou proqramları barədə təkliflərini də söylədilər".

Mənbə: olaylar.az