Samson Ziroyan: "Ermənistan və erməni xalqı üçün dəhşətli günlər hələ qabaqdadır”

Samson Ziroyan: "Ermənistan və erməni xalqı üçün dəhşətli günlər hələ qabaqdadır”

Samson Ziroyan

“Ermənistanda siyasi və ya hüquqi sahədə baş verənləri müşahidə edən şəxs kimi deyə bilərəm ki, biz ölkədə dövlət sisteminin planlı şəkildə dağıdılması ilə məşğuluq. Bütün bunlar “Ermənistan uğrunda” və “Vətən uğrunda” şüarları altında təqdim olunur. Əslində hazırkı hakimiyyət orqanları soydaşlarımızın müqəddəs yaddaşlarını zədələyir, valideynlərin ruhi vəziyyətlərini manipulyasiya edən sui-qəsd planlarını gizlədir, hökumət əleyhinə olanları isə təhdid edir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Erməni Qartalları. Birləşmiş Ermənistan” partiyasının sədr müavini özünün facebook səhifəsində yazıb.

O vurğulayıb ki, ölkədə “məxmər”i inqilab erməni xalqını siyasi baxışlarına görə təhlükəli yaradacaq şəkildə böldü: “Xalqın məğlubiyyətini rəsmişləşdirən mühit yaratdı. İndi tariximizlə, keçmişimizlə oyun oynayırlar, Ermənistan və erməni xalqı üçün dəhşətli günlər hələ qabaqdadır”.

Samson Ziroyan daha sonra yazır: “Təəssüf ki, çoxları bu bölücü vəziyyətdən istifadə edir və bəzi siyasi maraqlar naminə vəziyyəti dərinləşdirir, Ermənistanın milli-dövlət maraqlarını təhlükəyə atırlar. Buna görə də yeni bir keyfiyyətli hökumətin qurulması ölümcül uğursuzluqla nəticələndi. Heyf ki, ətrafımızda erməni millətinin qaymaqlarını birləşdirə biləcək, ölkəmizi inkişafa və güclənməyə sövq edəcək qüvvələr toplaya bilmədik.

Strateji düşüncə tərzi olan, xalqın etibar etdiyi və vəfalı müttəfiqlər olan siyasətçilərdən ibarət bir hökumət qurmaq lazımdır.

İndi hamını düşündürən bir sual var: Erməniləri və Ermənistanı bu bataqlıqdan kim çıxara bilər? Əlbəttə, dövlətin başına milli, dövlətçilik dünyagörüşü olan hərbi xadim gəlməlidir. Bunu aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1. Bu şəxs müstəqil Ermənistanın 30 illik tarixində bu və ya digər şəkildə iştirak edən, heç olmasa Ermənistanın, Artsaxın və erməni millətinin təhlükəsizliyini qorumaq üçün müharibələrdə fədakarləq edən xadim olamlıdır.

2.Dövlət idarəçiliyində ən azı 5 illik iş təcrübəsi olmalıdır. Heç vaxt korrupsiya və ya rüşvətlə heç bir əlaqəsi olmamalıdır.

3.Milli dəyərlərin – Vətən, Ailə, Kilsənin daşıyıcısı olmalı və hər cür pis, pozğun, əxlaqsız dəyərlərdən uzaqda duran şəxs kimi tanınmalıdır.

4. Ermənistanın xarici siyasətində Rusiya Federasiyasını yeganə strateji müttəfiqi kimi qəbul etməli, rus xalqının erməni millətinin çoxəsrlik dostu olması lazım olduğunu dərk etməlidir.

5. Ermənistana və erməni millətinə subyekt kimi baxan Qərblə heç vaxt əlaqəsi olmamalıdır.

Məncə bütün bu keyfiyyətinə görə, “Erməni Qartalları. Birləşmiş Ermənistan partiyasının sədri Xaçik Asryan cavab verir. O, illərdir qüsursuz çalışır, milli-xristian dəyərlər sistemini qürurla daşıyır.

Əminəm ki, “İnam-Güclü-Birləşmiş” şüarını həyata keçirməklə Ermənistan və erməni milləti yenilməz olacaq”.

Mənbə: konkret.az