Almaniyalı deputatlar: Azərbaycandan pul alan Fişerin toxunulmazlığı ləğv edilsin

Almaniyalı deputatlar: Azərbaycandan pul alan Fişerin toxunulmazlığı ləğv edilsin

Hüquq müdafiəçiləri istintaqı alqışlayırlar
Almaniya parlamentinin deputatları AŞPA-da Azərbaycandan pul alınması ilə bağlı korrupsiya adı hallanan Aksel Fişerin toxunulmazlıqdan məhrum edilməsinə səs veriblər.
Bu barədə "Turan" İnformasiya Agentliyi xəbər yayıb.
Bildirilir ki, Bundestaq istintaq orqanlarına axtarış aparmaq və ipuçlarını götürmək hüququ verilməsi üçün hakim koalisiyaya daxil olan Xristian-Demokrat İttifaqının (XDİ) deputatı Aksel Fişeri (AxelFischer) deputat immunitetindən məhrum edib.
Martın 4-də plenum Münhen Baş Prokurorluğu və Federal Ədliyyə Nazirliyinin müvafiq tövsiyələrinə uyğun olaraq yekdilliklə qərar qəbul edib.
Qərar Fişerin Azərbaycan hakimiyyətinin xeyrinə mümkün lobbiçilik fəaliyyəti ilə bağlıdır.
Münhen Baş Prokurorluğunda bildiriblər ki, araşdırma rüşvətxorluqda şübhəli bilinmə üzrə aparılır.
Məlumatlara görə, artıq Baden-Vürtemberqdə və Berlində altı obyektdə, əsasən Bundestaqda deputatın ofisində və yaşayış yerlərində axtarış aparılıb.
Əməliyyatda prokurorluğun və Cinayət İşləri üzrə Federal İdarənin 60-a yaxın əməkdaşı iştirak edib.
Axtarışdan öncə Bundestaqın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Almaniya nümayəndə heyətinə daxil olmuş keçmiş və fəaliyyətdə olan deputatlarına qarşı miqyaslı istintaq hərəkətləri aparılıb.
"Onlar digər məsələlərlə yanaşı, 2008-2016-cı illərdə Britaniyanın saxta şirkətləri vasitəsilə Azərbaycandan Baltik banklarındakı hesablarına pul almaqda təqsirli bilinirlər", - Prokurorluğun məlumatında qeyd olunur.
Bildirilir ki, Azərbaycan deputatlarının qətnamə layihələrini təqdim etmək və onlara səs vermək, həmçinin AŞPA-da müxtəlif vəzifələr tutmaqla bağlı tələblərinin yerinə yetirilməsi bu vəsaitin alınması ilə əlaqələndirilib.
"Transparency İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatının Almaniya bölməsində Bundestaqda Azərbaycanla bağlı korrupsiya qalmaqalının miqyaslı araşdırılmasını alqışlayıblar. Belə ki, bu qalmaqala təkcə Aksel Fişer cəlb olunmayıb.
"Artıq bir neçə ildir ki, ədliyyədən və siyasətçilərdən Azərbaycan fırıldaqçılığından konkret nəticələri tələb edirik", - "TransparencyDeutschland-ın sədri Hartmut Boymer (HartmutBäumer) bildirib.
O xatırladıb ki, 2019-cu ilin martında təşkilat alman parlamentarilər Karin Strenz (Karin Strenz) və Eduard Lintnerə (Eduard Lintner) qarşı iddia qaldırıb və onları rüşvət almaqda ittiham edib.
Azərbaycan hakimiyyəti uzun illərdir ki, alman siyasətçilər ilə əlaqələr qurur və ölkənin imicini yaxşılaşdırmağa çalışır.
Onlar Bundestaqın XSİ-dən keçmiş deputatı Eduard Lintnerin (EduardLintner) ətrafında lobbiçilər şəbəkəsi yaradıblar.
Orada XDİ-dən deputat Karin Strenz (KarinStrenz) da iştirak edib. 2020-ci ilin yanvarında bununla əlaqədar Strenz və Lintnerin istifadə etdiyi otaqlarda axtarış aparılıb.
2019-cu ilin martında Karen Ştrenz Azərbaycandan əlavə qazanc barədə Bundestaqa vaxtında məlumat vermədiyinə görə 20 min avro cərimə edilib.
2017-ci ildə AŞPA-da korrupsiya qalmaqalı zamanı onun barəsində şübhələr yaranıb. Onun adı əsasən, 2018-ci ilin aprelində müstəqil ekspertlər qrupu tərəfindən dərc olunmuş hesabatda Bakının Avropada maraqlarının lobbiləşdirilməsinə görə rüşvət alması ilə bağlı çəkilir.
Bu ittihamlarla əlaqədar 2018-ci ilin əvvəlində Ştrenz AŞPA-da namizədliyi təkrar irəli sürülməyib.
Ştrenzlə bağlı epizod Azərbaycanın Avropa Şurasında korrupsiya qalmaqalına sövq etdiyi lobbiçilik fəaliyyəti haqda "Kürü diplomatiyası" adlı böyük hesabatın yalnız bir hissəsidir.
Sənəddə bildirilib ki, Bakı Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini müşahidə edən AŞPA Monitorinq Komitəsinin məruzəçilərinin pulla ələ alınması ilə məşğul olub.
Rüşvət kimi çoxsaylı hədiyyələrdən, o cümlədən qara kürü, xalçalar, bahalı içkilər və zinət əşyalarından istifadə olunub.

Mənbə: arqument.az