Ermənistan prezidenti Paşinyanın tərəfinə KEÇDİ

Ermənistan Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi ətrafında yaranmış gərginlik həllini tapır.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, prezident Armen Sarkisyan baş nazir Nikol Paşinyanın qərarı ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət etməyib. “Mənim addımım” fraksiyasının üzvü, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Andranik Koçaryan Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı proseduru açıqlayıb.

“Prezident baş nazirin qərarından Konstitusiya Məhkəməsinə şikayət etməyib. Bu o deməkdir ki, qərarın verilməsindən 3 gün sonra qanunun gücü ilə Onik Qasparyan vəzifəsindən azad olunmuş şəxs sayılacaq”.

 

A.Koçaryan Paşinyanın ya yeni Qərargah rəisi təyin etməli olduğunu, yaxud da bu addımın atılamayacağı halda, Baş Qərargah rəisinin müavininin bu postu avtomatik tutacağını əlavə edib.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Texnologiya sahəsində nələr gözlənilir? 2021-ci ildə

SONRAKI XƏBƏR

52 yaşlı aktrisanın özündən 15 yaş kiçik sevgilisi ilə ELƏ FOTOSU YAYILDI Kİ... - FOTO