"Ermənistana elə rəhbər seçməliyik ki, Azərbaycan ondan qorxsun" - Vahe Qriqoryan

"Ermənistana elə rəhbər seçməliyik ki, Azərbaycan ondan qorxsun" - Vahe Qriqoryan

“Yeni müharibə dağların arxasında deyil, ona görə də xain Paşinyan həbs edildikdən sonra seçiləcək Ermənistanın yeni lideri effektiv böhran idarəçiliyi, düşmən üzərində zəngin qələbə təcrübəsi olan bir şəxs olmalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Vahe Qriqoryan bildirib. Onun sözlərinə görə, seçiləcək şəxs elə olmalıdır ki, Azərbaycan ondan qorxsun: “Bu, liderin şəxsi keyfiyyətlərindən, həm də onun mahir siyasəti nəticəsində Azərbaycana ediləcək xarici təzyiqlərin nəticəsində mümkün ola bilər.

Əks təqdirdə, yeni “Nikollar və nikolistlər”, savadlı və diplomlu olsa da, Nikolabənzərlər bu dəfə Ermənistanı, daha doğrusu onun son hissəsini məhv edəcəklər.

Nəhayət, başa düşmək lazımdır ki, Paşinyan sadəcə “Nikolizm” cərəyanının ilk oğlu idi. Onun yerini xalqı aldadan cərəyanın digər övladları ala bilər. Belələrinə heç vaxt yüksək dövlət vəzifələrində çalışmaq imkanı verilməməlidir”.

 

Mənbə: konkret.az