"Paşinyanın bəyanatları Azərbaycanda şahinlərə qanad verdi" - Britaniyalı ekspert

"Paşinyanın bəyanatları Azərbaycanda şahinlərə qanad verdi" - Britaniyalı ekspert

"Sual uzun cavaba malikdir. Bəli, bu, Azərbaycanda açıq-aşkar təxribat kimi nəzərdən keçirildi. Demək olar həmişə də bir dövri həll olub - 1994-cü ildə Ermənistanın, 2020-ci ildə də Azərbaycanın nail olmadığı tam hərbi qələbə. Əgər bu, həll deyilsə, onda Azərbaycan məlum yeddi rayonu və ermənilər hansısa muxtariyyət statusu alır. İndi vəziyyət ermənilər üçün daha pisdir". Ordu.az xəbər verir ki, bunu "Carniege Europe" fondunun baş elmi işçisi, Cənubi Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal Ermənistan Baş naziri Nikol Paşinyanın tərəfindən səslənmiş "Qarabağ Ermənistandır, vəssalam" bəyanatına toxunarkən deyib.

O bildirib ki, Paşinyanın bəyanatları Azərbaycanda şahinlərə qanad verib.

"Azərbaycanda şahinlərə qanad verdi və onlar dedilər ki, danışmağın mənası yoxdur", - deyə Vaal qeyd edib.

Mənbə: ordu.az