Estoniyada NATO-nun hərbi təlimləri başlayıb

Estoniyada NATO-nun hərbi təlimləri başlayıb

Estoniyada NATO-nun “Furious Wolf” adlı hərbi manevrləri başlayıb. Ordu.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Təlimdə NATO təyyarələrinin ekipajları ilə birlikdə yerüstü atəş nöqtələri iştirak edir.

“Furious Wolf” ildə iki dəfə Litvanın Şiauliai aviabazasında və Estoniyanın Tapa hərbi şəhərində baş tutur. Təlimin məqsədi hava və quru əməliyyatlarını birləşdirməkdir.

Almaniya Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcıları da gələn həftə təlimdə iştirak edəcək.
 

 

Mənbə: ordu.az