Vəkilliyə namizədlərin imtahanı - VİDEO

Vəkilliyə namizədlərin imtahanı - VİDEO

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirildi. Namizədlərin əvvəlcə tempuraturu ölçüldü, daha sonra qeydiyyatdan keçən namizədlər imtahan zalına daxil oldular.

Üç saat ərzində davam edən imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid suallar təqdim olunur. Namizədlər isə sualların çətin olmadığını deyirlər.

Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunur və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsindən məlumat əldə etmək mümkündür.

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sözlərinə görə, Azərbaycanda vəkilliyə böyük maraq var və vəkillərin sayının artırılması prosesi daim davam edəcək.

Qeyd edək ki, 2018-ci ildən indiyədək 6 dəfə yazılı test imtahanı keçirilib və nəticədə vəkillərin sayı 931 nəfərdən 1844 nəfərədək artıb.

 

Mənbə: www.realtv.az