Regiona açılan yeni imkanlar - VİDEO

Regiona açılan yeni imkanlar - VİDEO

İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb.

Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Təbii ki, bundan region ölkələr faydalanacaq. Həmçinin ölkəmizə də dividentlər qazandıracaq.

Qarabağın işğaldan azad olması ilə regionda yeni geosiyasi kanfiqurasiya formalaşır. Bu da təbii ki, həm iqtisadi, həm siyasi baxımdan faydalı olacaq.

Bu məsələləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin toplantısında gündəmə gətirib.

1992-ci ildən təşkilata üzv olan Azərbaycanı Vətən müharibəsində quruma üzv olan ölkələrin - Türkiyə, Pakistan və Əfqanıstanın dəstəkləməsi ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin olmasından xəbər verir. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən Regional İnkişaf üçün Əməkdaşlıq olaraq yaradılan təşkilat, 1985-ci ildə yenidən quruldu. Təşkilatın Katibliyi Tehranda yerləşir. Hazırda təşkilatın 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan.

İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir, məsələləri müzakirə edirlər.

13-14 may 1996-cı ildə ümummilli lider Heydər Əliyev Aşqabadda İslam ƏT-in 4-cü sammitində, 14 oktyabr 2002-ci il də isə İstanbul da İƏT-in VII sammitində iştirak edib.

Mənbə: www.realtv.az