Bayden maska taxmaq barədə qərarı ləğv etmək istəyən ştatlara xəbərdarlıq etdi

Bayden maska taxmaq barədə qərarı ləğv etmək istəyən ştatlara xəbərdarlıq etdi

ABŞ prezidenti Co Bayden Texas və Mississippi ştatlarının qubernatorlarının maskanın ləğv edilməsi ilə bağlı qərarına münasibət bildirib.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, koronavirusa yoluxma hallarının artdığını qeyd edən Bayden Texas və Mississippi ştatlarının qubernatorlarının verdiyi qərarın səhv olduğunu bildirib. Bayden onları tənqid edərək bunu neandertal düşüncə kimi qiymətləndirib:
"Maskanızı çıxarın, hər şey qaydasındadır” demək bizə lazım olan son şeydir”.
Qeyd edək ki, 10 martdan etibarən ABŞ-ın Texas və Mississipi ştatlarında maskaların tamamilə ləğv edilməsi bağlı qərar verilib. Texas qubernatoru Qreq Abbott tərəfindən verilən qərar Mississipi və Luiziana ştatları tərəfindən də dəstəklənib.

Mənbə: www.yeniavaz.com