Millət vəkili Kamil Cəfərov YAP idarə Heyətinin üzvü seçilib. Olaylar xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın İdarə Heyətinin üzvü seçildim. Bu yüksək etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm.
Çalışacağam ki, cənab Prezident tərəfindən YAP-ın qarşısında qoyulmuş yeni hədəflərin icrasında aktiv iştirak edim və vəzifəmi tam məsuliyyətlə həyata keçirim".