200 min nəfər Ermənistanı tərk edəcək – Böyük miqrasiya

Ermənistandan böyük miqrasiyanın olacağı gözlənilir.

Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, sosioloqlar ölkədən getmək istəyənlərin sayının nə az, nə çox 200 min civarında olduğunu söyləyirlər.

Bu sensasion məlumatı 5 martda İrəvan-Moskva telekörpüsündə professor Aşot Tavadyan bölüşüb. O bildirib ki, ermənilərin Ermənistanı tərk etməsi həm də Rusiya Ermənistanın zərərinə olan ciddi siyasi nəticələrdir. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının gücləndirilməsi, işsizliyin səviyyəsinin aşağı salınması müsbət dəyişikliklərə səbəb ola bilər.

Qarabağ döyüşlərində sarsıdıcı zərbələr alan Ermənistanın perspektivinə inanmayan ermənilər pandemiyanın bitməsini, sərhədlərin açılmasını səbirsizliklə gözləyirlər. Rəsmi siyahıya görə, əhalisinin sayı heç 3 milyona çatmayan ölkə sürətlə boşalacaq.

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

Siberkondri xəstəliyi nədir? - Pandemiyada daha da artdı

SONRAKI XƏBƏR

ABŞ Dövlət Departamenti İran, Belarus, Türkiyə və Əfqanıstandan olan qadınları "Cəsarətli Qadınlar" mükafatı ilə təltif edib