2200 dollar ver, bir ay əsgərlik dövrünü qısalt - Tacikistanda yeni qanun qüvvəyə mindi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan Silahlı Qüvvələrində hərbi xidmət dövrünün qısaldılması üçün dövlət rüsumu müəyyən edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hərbi xidmət dövrünün qısaldılması bir ay üçün 25 min somoniyə (2,2 min dollar) başa gələcək.

Tacikistan KİV məlumat verir ki, bu məbləğ qəti deyil. Bu məsələ ilə bağlı son qərarı Tacikistan hökuməti martın sonuna qədər verəcək.

Müdafiə Nazirliyi hərbi xidmətin qiyməti ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Ehtiyatda olanların pul müqabilində daha az xidmət göstərməsinə imkan verən “Ümumi hərbi çağırış və hərbi xidmət haqqında” qanunun yeni versiyası Tacikistan parlamentinin aşağı palatası tərəfindən yanvarın 20-də qəbul edilib.

“Ehtiyatda olanlar üçün ayrıca bir xidmət növü təşkil ediləcək: bir ay müddətində müəyyən bir ödəniş müqabilində hərbi xidmət sənəti daha dərindən öyrədiləcək. Bu kursları bitirdikdən sonra onlara hərbi bilet veriləcək”, – deyə Tacikistanın Müdafiə naziri Şerali Mirzo millət vəkilləri qarşısında çıxış edərkən bildirib.

Qəbul edilən dəyişikliklər, eyni zamanda, universitet məzunlarının orduya göndərilməsini də təmin edir. Təlim müddətində hərbi kafedralarda təhsil almış olanlara yalnız bir il orduda xidmət etdikdən sonra ehtiyat zabit rütbəsi veriləcək.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Aygün Kazımova bu görünüşü ilə GÖZ QAMAŞDIRDI - FOTO

SONRAKI XƏBƏR

Yeşim Salkım meneceri məhkəməyə verdi