Rusiya və Belarus birgə hərbi mərkəzlər quracaq

Rusiya və Belarus hərbçilərin birgə təlimi üçün üç tədris mərkəzi qurmaq qərarına gəlib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə razılıq Moskvada Rusiya və Belarus müdafiə nazirləri Sergey Şoyqu və Viktor Xreninin görüşündə əldə olunub.

Bildirilib ki, mərkəzlərdən ikisi Rusiyada, biri Belarusda yerləşəcək.

Rusiyadakı mərkəzlər Nijni Novqorod və Kalininqrad bölgələrində, Belarusdakı isə Qrodno bölgəsində inşa ediləcək.

Nazirlər görüşdə 2021-ci ildə hərbi əməkdaşlıq istiqamətində birgə tədbirlər planını da müzakirə ediblər. Bu fəaliyyətlər arasında “Zapad-2021” strateji təlimləri xüsusi yer tutur. Görüşdə müzakirə mövzusu olan ən vacib məsələlərdən biri isə iki ölkə arasında mövcud olan birgə müdafiə sisteminin fəaliyyəti olub.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə koronavirusdan 62 nəfər vəfat edib

SONRAKI XƏBƏR

ÜST Çində COVID-19-la bağlı araşdırmanın nəticəsini yayımlamayacaq