Almaniya hökuməti konstitusiyadan “irq” sözünü götürəcək

Almaniya hökuməti konstitusiyadan “irq” sözünü götürəcək

 

AFR-in hakim koalisiyası (Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı və Almaniya Sosial-Demokrat Partiyası) “irq” sözünü konstitusiyadan çıxarmaq barədə razılığa gəlib.

“Qafqazinfo” bildirir ki, bu barədə “Spiegel” yazıb.

Sənədin üçüncü paraqrafında qeyd edilir ki, heç kəs cinsinə, mənşəyinə, irqinə, dilinə, soyadına və doğum yerinə, məzhəbinə, dininə, siyasi baxışlarına, həmçinin əlilliyinə görə ayrıseçkiliyə məruz qala olmaz.

Alman parlamentariləri “irq” sözünü “irqçi əsaslarla” əvəz etmək barədə razılığa gəliblər.

AFR hökumətinin gələn həftə lazımi dəyişikliklər edəcəyi gözlənilir. Düzəlişin təsdiqi üçün Bundestaq və Bundesratın üzvlərinin səslərinin üçdə iki hissəsi də lazımdır.

 

 

Mənbə: qafqazinfo.az