Monitorinq Mərkəzinin uğurlu fəaliyyəti - VİDEO

Monitorinq Mərkəzinin uğurlu fəaliyyəti - VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Qarabağda müxtəlif təxribatların baş verməməsi, əldə olunmuş sülh razılaşmasının davamlı olması üçün yaradılan mərkəzdir.

İndi diqqətlər Ağdamda olan mərkəzin fəaliyyətindədir. Üstəlik Azərbaycana dost, qardaş ölkə - Türkiyə də bu mərkəzdə təmsil olunubsa, diqqətlər birə beş artıb.

Burda bir məsələ də yada düşür, Ermənistan silahlı qüvvələrinin nümayəndələri Qarabağa səfərlər edirdi. Hazırda bu hallar aradan qaldırılıb. Bu məsələnin aradan qaldırılması da Monitorinq Mərkəzinin işinin nəticəsidir.

Qarabağdakı Monitoriq Mərkəzi həm də Türkiyə-Rusiya münasibətlərinin də isinməsinə kömək edir. Azərbaycan həm də iki ölkənin birgə fəaliyyətlərinin məkanına çevrilib.

Burada nəzərə alınması bir məsələ də texnoloji üstünlüklərdi, dünyada bir neçə sülh üçün birgə monitorinq mərkəzlərindən fərqli olraq Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilib.

Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-da açılıb. Mərkəzin əsas məqsədi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Mənbə: www.realtv.az