Ağ Evin məşğulluq hesabatı

Ağ Evin məşğulluq hesabatı

Ağ Ev bu yaxınlarda açıqlanan məşğulluq hesabatının ABŞ-ı iqtisadi dirçəliş yoluna qaytarmaq üçün "uzun bir yol" göstərdiyini söylədi.

Hesabatda işəgötürənlərin ötən ilin oktyabr ayından bəri ən çox 379.000 iş yeri təklif etdikləri və bununla da iqtisadçıların proqnozlarını üstələdiyi göstərilsə də, mətbuat katibi Jen Psaki bu tempdə insanların "pandemiya öncəsi məşğulluq səviyyəsinə qayıtması üçün iki il" lazım olduğunu söylədi.

Psaki bu rəqəmləri "qəbuledilməz" adlandıraraq bunları prezident Co Baydenin hazırda Senatda müzakirə olunan Amerika yardım planını yenidən irəli çəkmək üçün istifadə edilməli olduğunu bildirdi.

REAL

 

Mənbə: www.realtv.az