AAİİ-da Ermənistan Türkiyəyə qarşı - Erməni nankorluğu davam edir

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avrasiya İqtisadi Komissiyası şurasının martın 5-də videokonfrans rejimində baş tutan iclasında iştirak edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər verib.

Qeyd olunur ki, iclasın gündəliyinə erməni tərəfin 75 inkişaf etməkdə olan ölkənin, o cümlədən, Türkiyənin Avrasiya İqtisadi İttifaqının (AAİİ) vahid tarif preferensiyası siyahısından çıxarılması barədə təklifi də daxil edilib. Ermənistan hökumətinin xəbərinə görə, İrəvanın təklifi yekdilliklə qəbul olunub və uyğun qərar dərc olunandan 6 ay sonra qüvvəyə minəcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan AAİİ dekabrın 4-də keçirilmiş hökumətlərarası iclasında bəyan etmişdi ki, AAİİ tarif preferensiyasından istifadə edən ölkələrin siyahısına yenidən baxılmasına ehtiyac var. Burada güzəşti inkişaf etməkdə olan ölkələr alırlar, bu zaman siyahıda Türkiyənin də adı var. Güzəşt AAİİ-da bir sıra məhsullar üzrə gömrük preferensiyasını nəzərdə tutur. Aydındır ki, Ermənistan tərəfin bu «qarın ağrısı» məhz ermənilərin Ankaraya yönəlik xəbis (nankor) münasbətindən qaynaqlanır.

Göründüyü kimi, Avrasiya İqtisadi İttifaqı adı ilə tanınan bu təşkilatın «erməni qərarı» onun adı ilə heç cür uzlaşmır. Belə ki, iqtisadi ittifaq olaraq qurum daha çox inkişaf etməkdə olan ölkələrlə sıx əməkdaşlıq etməlidir ki, həmin ölkələr də inkişaf edə bilsinlər. Fəqət Ermənistan özü inkişaf edə bilmədiyi üçün, digər ölkələrin inkişafına da yumşaq desək, «qısqanc» yanaşır, imkan düşdkə bu yöndə Türkiyənin (həm də Azərbaycanın) «ayaqları altına kəsək dığırlamaqdan çəkinmir» - həm də bu, erməninin mənfur xislətindən irəli gəlir. Dünya artıq bunu bilir və erməniyə yönəlik əvvəlki yanlış fikrini dəyişməkdədir. Bəs, Avrasiya İqtisadi İttifaqının digər üzvləri, xüsusilə də türkdilli ölkələr? Bu təşkilatda erməninin «meydan sulaması» əslində, təşkilatın digər üzvlərinə utanc gətirir. Məsələn, Ermənistanın özünün nəyi var ki, hələ bir kiməsə iqtisadi təzyiq (gömrük güzəştlərinin ləğvi adı ilə) göstərsin?! Belədə, məntiqi sual yaranır: AAİİ üzv dövlətləri erməninin «qara qaşlarına, qara gözlərinə» aşiq olublar? Əlbəttə yox, erməniyə meydanı məhz Rusiya verir, digər üzvlər isə ona «züy tuturlar», çünki Rusiya onları da müəyyən «güzəştlər»dən məhrum edə bilər.

Aydındır ki, Erənistanın təşəbbüsü ilə baş tutan bu «sui-qəsd» Türkiyə hökumətinin diqqətindən kənarda qalmayacaq və adekvat cavabını alacaq. Məsələn, Türkiyədə qeyri-leqal işləyən ermənilər Ermənistan hökmətinin bu davranışı sayəsində qardaş ölkədən deportasiya oluna bilərlər.

Situasiyaya diqqət yetirin, ac-yalavac ermənilər çörək üçün Türkiyəyə üz tuturlar, Ermənistan hökuməti isə Türkiyə iqtisadyyatına qarşı sui-qəsdlər həyata keçirir! Buna erməni nankorluğu deyərlər - çörək verdikcə, şiddətlənər. Məsələn, Cənubi Qafqaz Rusiya tərəfindən işğal ounandan sonrakı dövr əzində ermənilər Azərbaycanın çörəyi ilə dolanıblar, SSRİ illərində Ermənistan hər il ittifaq büdcəsindən davamlı dotasiya alıb. Bəs, ittifaq büdcəsinin vəsaitləri hansı mənbələrdən fomalaşıb? Bəllidir ki, cəmi bir neçə respublikanın (Rusiya, Azərbaycan, Belarus) sərvəti (qazancı) hesabına. Deməli, 70 ildən artıq bir dövr ərzində Azərbayanın çörəyi ilə “qarnını otaran” erməni, sonda bu ölkəyə təcavüz etdi, onun ərazisinin 20 faizini işğala məruz qoydu, insanlarını qətlə yetirdi, yaşayış məntəqələrini viranəyə çevirdi. Aydındır ki, Rusiyanın yaxından, hərtərəfli köməyi sayəsində.

Ermənilər nankorluğu indi də AAİİ-da və yenə də Rusiyanın diqtəsi altında davam etdirirlər. Belədə, Ermənistanın bir dövlət olaraq inkişaf etməsi mümkün ola bilərmi? Onların bugünkü durumu bu suala müsbət cavab verməyə əsas yeri qoymur.

Mirzə AĞ

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Dünyanın istirahət üçün ən yaxşı adası yalnız bir şərtlə turistləri qəbul edəcək

SONRAKI XƏBƏR

Bayden Ərdoğana zəng edəcək