Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başladı - RƏSMİ

“Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev " Twitter"də bildirib.

"Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpusları Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərə aparırıq. Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq", Hikmət Hacıyev qeyd edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Uşağı müstəqil şəkildə dərs çalışmağa necə öyrətmək olar?

SONRAKI XƏBƏR

Ölkəmiz üçüncü dalğadan kənar qalacaq - Epidemioloq