Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərinin gündəliyi açıqlanıb

Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərinin gündəliyi açıqlanıb

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlara bugünkü səfərinin gündəliyi məlum olub.

APA-nın məlumatına görə, diplomatik korpus nümayəndələri Füzuli rayonun Mərdinli kəndinə səfər edəck, orada dağıdılmış Mərdinli məscidi və Mərdinli-Qaraxanbəyli qəbiristanlığı ziyarət olunacaq.

Daha sonra Qubadlının Muğanlı kəndinə gediləcək və burada Ermənistanın ekosistemə qarşı terrorunun nəticələri barədə diplomatik korpus nümayəndələrinə məlumat veriləcək.

Sonra Qubadlının Qəzyan kəndinə səfər baş tutacaq. Bu kəndin ziyarətindən sonra diplomatik korpus nümayəndələri Qubadlı şəhərinin mərkəzinə gedəcək. Qubadlı şəhərinə səfər başa çatdıqdan sonra Laçına gediləcək. Güləbird kəndindəki dağıntılar barədə qonaqlara məlumat veriləcək, həmçinin eyni kənddə yeni istifadəyə verilmiş hidroelektrik stansiyaya qonaqlar baş çəkəcək.

Mənbə: apa.az