Demokratiyanın beşiyində etirazçıların bayraq açmasına qadağa qoyulub

Demokratiyanın beşiyində etirazçıların bayraq açmasına qadağa qoyulub

Nümayişçilərin “Tramp 2024-də Amerikanı xilas et” yazılmış bayrağı açmaq istəməsi Black Lives Matter hərəkatının üzvlərinin etirazına səbəb olub.

BAKI, 6 mart — Sputnik. Nyu-Yorkun Tayms meydanında keçmiş ABŞ prezidenti Donald Tramp tərəfdarlarının açdığı bayraq toqquşmalara səbəb olub. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, çox sayda nümayişçi qarşıdurmaya müdaxilə edən təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən saxlanılıb.

Nümayişçilərin “Tramp 2024-də Amerikanı xilas et” yazılmış bayrağı açmaq istəməsi Black Lives Matter (Qara həyatlar dəyərlidir) hərəkatının üzvlərinin etirazına səbəb olub. ABŞ polisi Tramp tərəfdarlarına bayrağı sona qədər açmağa imkan verməyib.

Mənbə: sputnik.az