Ruhanidən İraqa mesaj: Pulumuzu verin!

Ruhanidən İraqa mesaj: Pulumuzu verin!

İran Prezidenti Həsən Ruhani ilə İraq Baş naziri Mustafa Kazımi arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası məlumat yayıb.

 

“İranın milyardlarla dolları qeyri-qanuni şəkildə İraq banklarında blok olunub. İraq rəsmilərinin dəfələrlə söz verməsinə baxmayaraq, hələ də pul İrana geri qaytarılmayıb. İranın İraqdakı xarici valyuta ehtiyatları sürətli şəkildə sərbəst buraxılmalıdır”, – Ruhani bildirib.

İran prezidenti vurğulayıb ki, həm İraqda, həm də regionda ABŞ hərbçilərinin mövcudluğu sabitliyi pozur:

“Amerikalılar hər zaman bölgədə dağıdıcı rol oynayıblar. İraq parlamentinin ABŞ hərbçilərinin ölkədən çıxarılması ilə bağlı qərarının icrası bölgədə sülh və sabitliyə xidmət edə bilər”.

M.Kazımi də öz növbəsində ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib:

“ABŞ rəhbərliyindəki dəyişiklik ölkələr üçün əməkdaşlıq şərtlərini daha uyğun hala gətirdi. İraq İrana qarşı bütün sanksiyaların ləğvi üçün səy göstərməyə davam edəcək”.

Mənbə: konkret.az