Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı

Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfiri Levan Caqaryan İranın ali rəhbəri ayətullah Əli Xamenei ilə görüşüb.

“Report”un məlumatına görə, bunu “TASS”a Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov deyib.

Onun sözlərinə görə, səfir Vladimir Putinin cavab məktubunu İranın ali rəhbərinə təqdim edib.

“Məktub ikitərəfli münasibətlərin gücləndirilməsinə, eləcə də beynəlxalq problemlərin həlli barədədir. Görüşdə həmçinin ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayət də iştirak edib”.

Qeyd edək ki, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya işgüzar səfəri zamanı İranın ali rəhbərinin məktubunu Rusiya liderinə təqdim etmişdi.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

İsrail İranın nüvə obyektlərinə hücum planlarını yeniləyib NAZİRDƏN İLGİNC AÇIQLAMA

SONRAKI XƏBƏR

Cüdo komandamız “Böyük dəbilqə”də 15-ci yerdədir