Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama

Sosial şəbəkələrdə İmişli rayonunda polisin qeyri-rəsmi göstərişlə quş əti və digər quşçuluq məhsullarının satışını dayandırması ilə bağlı məlumatlar yayılıb.

PİA.az xəbər verir ki, Daxili İşlər Nazirliyininin (DİN) Mətbuat xidmətindən bildirilib ki, quş qripi ilə əlaqədar rayonda quş əti və digər quşçuluq məhsullarının satışı ilə bağlı məhdudiyyət tətbiq olunmur. Yalnız mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsulların nəzərdə tutulmayan yerlərdə satışına icazə verilmir:

“Tövsiyə edirik ki, quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan şəxslər quş qripi xəstəliyi ilə əlaqədar diqqətli və məsuliyyətli olsunlar, mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər”.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı

SONRAKI XƏBƏR

İlham Əliyev 8 Mart münasibətilə paylaşım edib - FOTO